Növbəti SAT imtahanları oktyabrın 1-də keçiriləcək
29.8.2016

Növbəti SAT imtahanının oktyabrın 1-də keçirilməsi nəzərdə tutulur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər ki, imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və sentyabrın 2-si saat 9:00-dək davam edəcək (gözləmə siyahısı üçün qeydiyyat isə sentyabrın 21-dək davam edəcək).

Qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı verilmiş http://www.tqdk.gov.az/exam/sat/ keçiddən əldə etmək mümkündür.

azertag.az