Sentyabrın 16-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Sənubər Səmədovanın “Ənənə və müasirlik” adlı fərdi rəsm sərgisi açılacaq.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq.
Bu barədə Sənubər Səmədova məlumat verib. Rəssam bildirib ki, sərgidə nümayiş olunacaq 50-dək sənət əsəri qrafika və dekorativ tətbiqi sənət növü janrlarında olacaq. Həmçinin, emosional hislərin rənglərlə ifadəsi sənət əsərlərinin əsas mövzusunu təşkil edir.
Qeyd edək ki, bu, Azərbaycan Dövlət Pantomima Teatrının baş rəssamı olan Sənubər Səmədovanın sayca üçüncü fərdi sərgisidir. Sərgi bir həftə davam edəcək.
azertag.az