“Check-up” müayinəsindən keçmək asanlaşdı
29.8.2016

Respublika Diaqnostika Mərkəzi tərəfindən “ASAN xidmət” mərkəzlərində “Check-up” müayinələrinə başlanılacaq.

Mərkəzdən bildirilib ki, cəmi 6 dəqiqəyə 27 (aclıq) və 23 (toxluq) meyarı üzrə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri dərhal SMS şəklində onun telefonuna göndəriləcək.

“Check-up” müayinələrinin gələcəkdə daha geniş miqyasda tətbiqi nəzərdə tutulur.

azertag.az