Emin Ağalarov Moskvada növbəti konsert proqramı ilə çıxış edəcək
26.9.2011

Rusiyada yaşayan azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov Moskvada növbəti konsertini verəcək. Konsert oktyabrın 7-nə təyin olunub. Eminin bu konserti “Moskva” kino-konsert zalında gerçəkləşəcək və müğənni hazırda sözügedən konsertinə hazırlaşır.
Konsertin proqramına Eminin ifasında artıq Avropaya səs salan hitlər və yeni kompozisiyalar daxil edilib.