Gənc müğənni pulsuz konsert verəcək – Video
25.7.2012

Gənc müğənni Mila (Məhbubə Kərimova) ilk solo-konsertinə hazırlaşır.

Müğənni iyulun 28-də paytaxtın istirahət və əyləncə mərkəzlərindən birində oxuyacağını deyib.

“Maqnit” adlanan konsertdə müğənni ən yeni mahnılarını ifa edəcək:

“Mən bu konsertim vasitəsilə gəncləri maqnit kimi ətrafıma toplamaq istəyirəm”.

Bir çox maraqlı məqamlar və sürprizlərlə bol olacaq musiqi axşamının daha bir üstünlüyü girişin sərbəst olmasıdır.

“Bu konsertin qapıları hər kəsin üzünə açıqdır. Çünki məqsədim yay günü gənclərin bir araya gəlib, gözəl istirahət keçirmək, zövqlü musiqi sədaları altında əylənmələrinə şərait yaratmaqdır”.

Mila konsertin ansamblla canlı ifalarla keçəcəyini də əlavə edib. Onu “Armoni” qrupu müşayiət edib.

Video