Fransada “Azərbaycan haqqında yeni novellalar” adlı kitab çap olunub
30.8.2016

Fransada “Azərbaycan haqqında yeni novellalar” (Nouvelles Nouvelles D’Azerbaidjan) kitabı nəşr olunub.

Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, Fransanın Azərbaycandakı səfirliyinin, Fransanın “Total” şirkətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və UFC şirkətinin dəstəyi ilə yenicə işıq üzü görmüş kitab tanınmış müasir fransız yazıçılarının müxtəlif sahələr üzrə mövzularda ölkəmizə səfər edərək yazdığı novellalardan ibarətdir.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, novellalar Bakı, Sumqayıt şəhərləri ilə yanaşı, Qəbələ və Şəkiyə də həsr olunub.

Qeyd edək ki, bu novellalar Fransız yazıçı-səyyahlarının yeni nəzər nöqtəsinin nəticəsidir.

Kitabda Azərbaycan multikultural ənənələrə malik, dünyəvi, tolerant ölkə olaraq tanıdılır və şərh edilir. Qeyd olunur ki, 2015-ci ildə 10 fransız yazıçı xəbər toplamaq üçün Azərbaycanda “kəşfiyyatı” öz üzərlərinə götürürlər və nəticədə müxtəlif novellalar yazılaraq kitab halına salınır.

Kitabda Azərbaycanın paytaxtı Bakı şəhəri labirintli küçələri, qalaları və qüllələri ilə bir sirli orta əsr şəhəri kimi tanıdılır.

trend.az