London Olimpiya Oyunlarının medalları olimpiada tarixində ən bahalı medallardır
25.7.2012

Londonda keçiriləcək Yay Olimpiya Oyunlarının medalları olimpiada tarixində ən bahalı medallardır. Bu barədə çərşənbə günü Britaniya KİV-i xəbər verib.

Onların hazırlanması üçün Böyük Britaniyaya Monqolustandan və ABŞ-ın Yuta ştatından səkkiz ton qızıl, gümüş və mis gətirilib.

Britaniyanın "Tarixi kral sarayları" təşkilatının nümayəndəsi Treysi Sends bəyan edib ki, medallar iyulun 2-dən yaxşı mühafizə olunan London "Tauer"də yerləşdirilib.

Trend