Dünya şöhrətli caz ifaçısı, həmyerlimiz Əzizə Mustafazadə Avropada konsert proqramı ilə çıxış edəcək.
“Opera Jazz Tour” adlı yeni konsert proqramına Verdi, Puççini, Boyto, Gendel, Rimski-Korsakov, Ravel, Motsart və başqalarının əsərlərinin əsasında caz improvizələri daxildir.
Bu barədə məlumat Ə.Mustafazadənin saytında yerləşdirilib.
İyulun 6-da proqram Kiprdə, Salamis Teatrında təqdim olunub, 16 sentyabrda Rumıniyada PLAI Festival-da, sentyabrın 28 və noyabrın 23-də isə Almaniyanın Kunsthalle Şveynfurt və Feklingen Konqress-center mərkəzlərində çıxışlar baş tutacaq.
1990-cı ildən Almaniyada yaşayan məşhur azərbaycanlı cazmen Vaqif Mustafazadənin qızı Əzizə alman tənqidçiləri tərəfindən “Royal arxasında Şəhrizad” adını alıb.
Beynəlxalq müsabiqə və festivallar laureatı Əzizə Mustafazadənin yaradıcılığı klassika, caz və Azərbaycanın xalq motivlərinin qarışığını təşkil edir.
Gün.Az