“Bayram axşamı” filminin çəkilişləri Bakıda davam edir
30.8.2016

“M Group Production” təşkilatının dəstəyi ilə “Bayram axşamı” adlı yeni filmin çəkilişləri davam edir.

Bir neçə hissəsi ekranlaşdırılan filmin hazırda çəkilişləri Bakıda aparılır.

Qeyd edək ki, birinci hissəsinin çəkilişləri yekunlaşan və komediya janrında olan filimdə rollara rəqqasə Oksana Rəsulova, repçi Fərid Eminov, aktyor İslam Mehrəliyev, teleaparıcı Xose Bernardo və başqaları çəkilib.

azertag.az