Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının tikintisi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.
Sərəncamın digər bəndlərinə əsasən, Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni, AMEA Rəyasət Heyəti isə ayrılmış vəsaitin aidiyyəti üzrə istifadəsinə nəzarəti təmin etməlidir.
APA