Oktyabrın 22-də “Landmark Rotunda” Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tanınmış azərbaycanlı rəssam Vüqar Əlinin rəsm əsərlərindən ibarət sərgi açılacaq.
Sərgi Bakı Beynəlxalq Caz Festivalının açılışı münasibətilə baş tutacaq.
Qeyd edək ki, oktyabrın 31-dək davam edəcək sərgidə rəssamın caz musiqisinə həsr olunmuş müxtəlif mövzulu əsərləri sərgilənəcək.
azertag.az