Qoç - Səhhətinizlə bağlı məsələləri həll etməlisiniz. Maddi durumunuzu yaxşılaşdırmaqla bağlı şikayətiniz olmamalıdır. Məsələlərin həllinə ürəklə girişin. Heç kəsə növbəti addımınız barədə məlumat verməyin.
Buğa - Özünüzü güclü hiss etməlisiniz. Bununla belə, çalışmalarınızda əhəmiyyətli nəticə yoxdur. Arada söz gəzdirənlərdən özünüzü gözləyin. Heç kəslə bu vaxtlar zarafat etməyin, özünüzü ciddi aparın. Hələ ki, pulun daxil olması gözlənilmir.
Əkizlər - Gücünüzü boş yerə israf etməyin. Əsas məsələlərin həllinə yönəlin. İndi maddi durumunuzu yaxşılaşdırmaq imkanlarınız çoxdur, onlardan istifadə etməlisiniz. Ünsiyyətləriniz ürəyinizcə olmayacaq.
Xərçəng - Nəzərdə tutduğunuz işlərin sahmana düşməsini bu günlərdə gözləməyin. Səhhətiniz sizdən qayğı tələb edir. Ünsiyyətlərinizdəki qarşılıqlı mehribanlıqdan razı qalacaqsız.
Şir - Özünüzü gümrah və rahat hiss edəcəksiniz. Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Biznes planlarını həyata keçirmək üçün hər cür imkanınız var. Ünsiyyətləriniz ürəyinizcə deyil.
Qız - Səhhətinizə qarşı diqqətli olmalısınız. Maddi imkanlarınız qənaətbəxş deyil. Biznes planlarını həyata keçirmək o qədər də asan deyil. Şəxsi münasibətlərdən başqa, heç nə könlünüzü açmır.
Tərəzi - Gücünüzdən səmərəli istifadə etsəniz, həll olunmamış probleminiz qalmaz. Səhhətinizlə bağlı ciddi bir probleminiz yoxdur. İşlərinizi düşünülmüş plan üzrə görsəniz, qazancınız yüksək olar.
Əqrəb - Çətin gündür. Qazanc gətirə biləcək heç bir işiniz alınmır. Səhhətinizlə bağlı yaranmış problemin həllilə məşğul olmalısınız. Ünsiyyətlərinizdən ciddi şikayətiniz yoxdur.
Oxatan - Dünyanın faniliyi barədə danışanlarla mübahisə etməkdən bezəcəksiniz. İşləriniz qaydasına düşməkdədir. Heç kəsin köməyinə arxalanmayın. Əlinizdəki işləri yüksək peşəkarlıqla görün.
Oğlaq - Çəkdiyiniz zəhmətlərin müqabilində aldıqlarınız acı gülüş doğurur. Buna baxmayaraq, iş yerini dəyişmək heç ağlınızdan da keçmir. Səhhətinizin hazırladığı sürprizlərdən ehtiyatlanın.
Dolça - Uğurlu hesab olunan gündür. Səhhətinizlə bağlı heç bir ciddi problem gözlənmir. Maddi imkanlarınızı çoxaltmaq fürsətini boşa çıxarmayın. Ünsiyyətlərinizdə diqqətli olun, heç kəsi özünüzdən incik salmayın.
Balıqlar - Səhhətiniz sizin üçün problem yarada bilər. Bu gün hər bir işdə ehtiyatlı olmalısınız. Maddi durumunuzu yüksəltmək şanslarınız, demək olar ki, qalmayıb. Ünsiyyətlərinizdən şikayətiniz yoxdur.