Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə hazırlaşır
31.8.2016

Sentyabrın 20-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı yeni mövsümü Əli Vəlioğlunun "Əsrlərin harayı" dramı əsasında hazırlanmış tamaşa ilə açacaq.

Teatrdan bildirilib ki, tamaşa rejissor Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun quruluşunda təqdim olunacaq.

Yeni mövsümdə, həmçinin M.F.Axundzadənin “Hacı Qara” komediyası səhnəyə qoyulacaq. Tamaşaya quruluşu Dövlət “YUĞ” Teatrının baş rejissoru Gümrah Ömər verəcək. Həmçinin, teatrın baş rejissoru Tural Mustafayevin quruluşunda İtalyan dramaturqu Luici Lunarinin “İki nəfər yelləncəkdə” komediyası səhnələşdiriləcək.

azertag.az