YARAT Film Klubu kinosevərlərə “Hədiyyə” adlı ekran əsərini təqdim edib.
Dram janrında olan filmin rejissoru Emin Əfəndiyevdir. Ekran əsəri yeni ailə həyatı qurmuş iki gəncin sevgisindən bəhs edir. Bu gənclər özlərini cəmiyyətdə hələ tapmayıblar. Lakin onlar sevgiləri uğrunda öz həyatlarını belə qurban verməyə hazırdırlar.
Filmin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Baş rollarda Xalq Artisti Şamil Süleymanlı, aktyorlar Qorqud Cəfərli və İlahə Həsənova çəkiliblər.
Xronometrajı 30 dəqiqə olan film Azərbaycan dilində nümayiş olunub. Ekran əsəri maraqla qarşılanıb.
azertag.az