Sentyabrın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının simfonik–estrada orkestrinin bədii rəhbəri, Əməkdar Artist Salman Qəmbərov Almaniya və Niderland şəhərlərində keçiriləcək “Bütün şərq ölkələrindən ulduzlar” adlı konsert proqramında iştirak edəcək.
Salman Qəmbərov bildirib ki, Osnabryuq və Amsterdam şəhərlərində baş tutacaq konsertlər çərçivəsində dünya bəstəkarlarının əsərləri və ayrı-ayrı klassik caz musiqisinin nümunələri əsasında improvizələr səsləndiriləcək.
Konsert proqramında duet ifalar da təqdim olunacaq. Belə ki, fransalı məşhur tuba ifaçısı Mişel Qodar da həmyerlimizlə eyni səhnəni bölüşəcək.
azertag.az