Təbii ki, insan bu qaydada nadir hallarda oturursa, bu onun sağlamlığına ciddi ziyan vura bilməz. Lakin bəzi insanlar daim belə oturmağı xoşlayır və bu pozada saatlarla qalır.
Bu isə həqiqətən ziyanlıdır və müxtəlif pozulmalara səbəb ola bilər.
Beləliklə, ayağı ayağın üstünə qoyub uzun müddət ərzində oturmağın ziyanları bunlardır:
1. Ayaqlarda venoz qan dövranının kəskin pozulması nəticəsində damarlara olan təzyiq artır, damarlar genişlənir və bu da varikoz xəstəliyinin inkişafına təkan verir.
2. Bu durum ayaq damarlarında trombların əmələ gəlməsinə səbəb ola bilər. Belə tromblar çox təhlükəlidir. Damarın divarından qopan belə tromb qan axını ilə hərəkət edərək ürəyə, ağciyərə çata bilər və burada damarı tuta bilər. Bu isə infarkta və hətta insanın həlak olmasına səbəb ola bilər.
3. Dizin altında keçən iri sinir sıxıla və hətta zədələnə bilər. Bu isə özünü pəncədə zəifliyin əmələ gəlməsi ilə büruzə verir. Sinir zədələnərsə pəncə iflic ola bilər.
4. Ayaq arteriyasının sıxılması təzyiqin artmasına səbəb ola bilər. Məhz bu səbəbdən arterial təzyiqin ölçülməsi zamanı tibb işçiləri bu pozada oturmağa icazə vermir.
5. Bu durum qəbizlikdən əziyyət çəkənlər üçün xüsusilə ziyanlıdır. Bu vəziyyət bağırsaqların sıxılmasına və onların fəaliyyətinin pozulmasına səbəb olur.
saglamolun.az