Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək, havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 27-dən 29-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
APA