Qərb Universitetinin professoru, siyasi elmlər doktoru Vəsilə Hacıyeva 2016-2017-ci tədris ilində Harvard Universitetinin Rusiya və Avrasiya Mərkəzində dəvətli alim kimi fəaliyyət göstərəcək.
Universitetdən bildiriblər ki, V.Hacıyevanın tədqiqat mövzusu “Dəyişən regional-qlobal situasiya kontekstində ABŞ-ın Azərbaycan siyasəti”dir.
Qeyd edək ki, Qərb Universitetinin iqtisadiyyat, marketinq və menecment kafedrasının professoru, iqtisad üzrə fəlsəfə doktoru Pərviz Qurbanovun ABŞ-ın Princeton Universitetinin “American Journal of Science and Technologies” jurnalında “Aqrar sahədə istehsalın resurs təminatının daha da yaxşılaşdırılması üzrə istiqamətləri” sərlövhəli elmi məqaləsi dərc olunub.
azertag.az