Nizami Cəfərovun şəxsi sənədləri Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub
2.9.2016

Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun şəxsi sənədləri Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub.

Milli Arxiv İdarəsindən bildirilib ki, qəbul edilən sənədlər arasında Nizami Cəfərovun əlyazmaları, məktubları və başqa sənədlər də yer alıb.

Arxivə qəbul edilən sənədlərin Milli Arxiv Fonduna daxil edilməsi üçün müvafiq qaydada rəsmiləşdirmə işləri aparılır.

azertag.az