“Milli Net 2012” Milli İnternet Mükafatı müsabiqəsinə sentyabr ayında start veriləcək.
Təşkilat Komitəsindən verilən məlumata görə, bu barədə “Milli Net 2012”in Təşkilat Komitəsinin toplantısında bildirilib.
Toplantıda müsabiqənin təşkili və hazırlıqla bağlı məsələlər müzakirə edilib.
Bu ilki yarışmanın da 11 Nominasiya üzrə keçiriləcəyi qeyd olunub.
Müsabiqə Korporativ saytlar, İctimai-sosial saytlar, Media və İnformasiya
Mədəniyyət, incəsənət və turizm saytları, Ailə, uşaq və sağlamlıq,
Asudə vaxt, idman və əyləncə,
Bloqlar, Elm və təhsil
Dövlət və bələdiyyə saytları, Elektron xidmətlər,
İstifadəçi kontenti üzərində qurulmuş saytlar
Nominasiyaları üzrə keçiriləcək.
TK tərəfindən ehtiyac olarsa xüsusi nominasiyaların müəyyən olunacağı nəzərə alınıb.
Təşkilat Komitəsinin və Münsiflər Heyətinin tərkibinə yeni üzvlərin seçilməsi məqsədəuyğun hesab olunub və bununla bağlı namizədlərin AİF –in toplantısında təsdiq edilməsi qərara alınıb.
Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilməyəcəyi bir daha diqqətə çatdırılıb.
Toplantıda müsabiqəyə təqdim olunan saytların keyfiyyətinə xüsusi diqqət yetirilməsi, qiymətləndirmə kriteriyalarının dəqiqləşdirilməsi, Milli Net saytının təkmilləşdirilməsi, mükafatlandırma mərasiminin daha yüksək səviyyədə keçirilməsi ilə bağlı təkliflər səslənib və nəzərə alınıb.
Ötən illərdə olduğu kimi bu il də Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək.
Milli Net TK –nın toplantısında Müsabiqəyə dəstəklə bağlı müvafiq qurumlara müraciət edilməsi məqsədəuyğun hesab edilib.
Gün.Az