San Marino - Azərbaycan matçının hakimləri müəyyənləşib
2.9.2016

San Marino və Azərbaycan yığmaları arasında keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçına təyinatlar açıqlanıb. Sentyabrın 4-də keçiriləcək qarşılaşma belçikalı hakimlər briqadasına həvalə olunub.

DÇ-2018

Seçmə mərhələ

C qrupu

I tur

20:00. San Marino - Azərbaycan


Baş hakim: Sebastyan Delferye

Yan xətt hakimləri: İv de Nev, Jo de Vayrdt

Dördüncü hakim: Aleksandru Bukot (hamısı Belçika)

Hakim-inspektor: Emil Bojinovski (Makedoniya)

UEFA nümayəndəsi: Luka Zorzi (İsveçrə)

Serravalle, Olimpiya stadionu

report.az