V Rusiya-Azərbaycan Gənclər Forumu sentyabrın 22-25-də Kazan şəhərində keçiriləcək.
Forumun keçirilməsinin əsas məqsədi Rusiya və Azərbaycan gənclər və tələbələr təşkilatları nümayəndələrinin əməkdaşlığının inkişaf etdirilməsi, ikitərəfli layihə və proqramların formalaşması, eləcə də xalqlar arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsi üçün şəraitin yaradılmasıdır.
Forumun təşkilatçısı qismində Rusiya Təhsil və Elm Nazirliyi, Gənclərlə İş üzrə Federal Agentlik, Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Rusiya Milli Gənclər və Uşaq Birlikləri Şurası" İctimai Birliklər Assosiasiyası çıxış edir. Tədbirin tərəfdaşları - Rusiyada Azərbaycanlı Gənclər Təşkilatı, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasıdır.
report.az