İlhamə Qasımova Frankfurtda keçiriləcək konsert proqramına dəvət alıb və orada sonuncu duet mahnısını ifa edəcək.
Tanınmış müğənni İlhamə Qasımova hazırda Almaniyanın Frankfurt şəhərinə getməyə hazırlaşır.
İ.Qasımova Frankfurtda keçiriləcək konsert proqramına dəvət alıb və orada sonuncu duet mahnısını ifa edəcək. Mahnıda İlhamə Qasımovanın duet ortağı dünyada tanınmış "RİO" qrupunun solisti U-Jean adlı amerikalı müğənnidir.
"Almaniyanın Frankfurt şəhərində keçiriləcək konsertə dəvət almışam, hazırda ora getməyə hazırlaşıram. Almaniyanın TDF telekanalının təşkil etdiyi konsert açıq meydanda olacaq. Konsertdə Almaniyanın tanınmış müğənniləri də iştirak edəcəklər", - müğənni deyib.
İ.Qasımova onu da qeyd edib ki, konsert proqramı iyulun 29-da keçiriləcək və hər müğənni bir mahnı oxuyacaq.
"Konsertdən bir gün əvvəl məşqlər olacaq. 3 gün ərzində Almaniyada qalacağam", - İ.Qasımova bildirib.
Milli.Az