Olimpiadada qızıl medal qazanan Azərbaycan güləşçilərinə "Porsche Cayenne" hədiyyə olunacaq.
Azərbaycan Güləş Federasiyasından məlumata görə, federasiyanın vitse-prezidenti Babək Babayev Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında iştirak edən güləşçilərimiz üçün hədiyyəsini açıqlayıb.
Məlumata görə, Olimpiadanın qızıl medalını qazanan hər bir güləşçiyə "Porsche Cayenne" avtomobili hədiyyə ediləcək.
ANS PRESS