Qərb Universiteti əlavə ali təhsil (distant) almaq istəyənlər üçün qəbul elan edib.
Universitetdən bildirilib ki, qəbul 17 ixtisas - politologiya, dizayn (interyer, qrafik, landşaft), tərcümə (ingilis, alman, fransız), filologiya (ingilis dili və ədəbiyyat), filologiya (Azərbaycan dili və ədəbiyyat), beynəlxalq münasibətlər, regionşünaslıq (qərbşünaslıq), dünya iqtisadiyyatı, maliyyə, menecment, turizm və otelçilik, iqtisadiyyat, biznesin idarə edilməsi, informasiya texnologiyaları, kompyuter mühəndisliyi, psixologiya, ekologiya ixtisasları üzrə aparılır. Qəbul olmaq istəyənlər I ali təhsil haqqında sənədi (diplom və diplomun əlavəsi), 6 fotoşəkil (3x4), şəxsiyyət vəsiqəsinin surətini, tibbi arayışı, oğlanlar üçün hərbi bileti və ya SHXÇDX-də hərbi qeydiyyat haqqında vəsiqənin surətini təqdim etməlidirlər.
Təhsilini müvəffəqiyyətlə başa vuranlara dövlət nümunəli bakalavr diplomu veriləcək.
azertag.az