“ASAN Məktub” layihəsinin dəstəyi ilə "Çərpələngin ilk uçuşu" baş tutacaq.
Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki uşaq sığınacağında yaşayan uşaqları təhsilə cəlb etmək məqsədilə fəaliyyət göstərən "Çərpələng" məktəbəqədər təhsil kursu, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə Çərpələngin 1 yaşı münasibətilə “Çəpələngin ilk uçuşu” adlı xeyriyyə tədbiri keçirəcək.
Tədbir 10 Sentyabr saat 18:00-da Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.
Tədbirdə Uşaq Sığınacağının balaca sakinlərinin hazırladığı teatr səhnəcikləri, şeirlər, musiqilər, rəqslər nümayiş etdiriləcək.
Biletləri Əlaqə nömrələri: +994 514736102, +994 552783513 telefon nömrələrilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Konsert üçün bilet satışından əldə oluncaq gəlir, tamamilə sığınacaqda məskunlaşmış uşaqların təhsilinə sərf olunacaq.
Tədbirin keçirilməsində əsas məqsəd, cəmiyyətdə sosial məsuliyyət anlayışını genişləndirmək və ən əsası valideyn himayəsindən məhrum olan, olan uşaqların təhsil və digər problemlərinin həllində cəmiyyətin rolunun əhəmiyyətini göstərmək, sığınacağın sakinlərinin daha keyfiyyətlə təhsil almalarına şərait yaratmaqdır.
Hər zaman cəmiyyətin aztəminatlı, əlil, şəhid ailələrinə, eləcə də yaşlı, kimsəsiz ailələrə yardım etməklə öz sosial məsuliyyətini əks etdirir. Təşkilat tərəfindən həyata keçirilən “ASAN Məktub” layihəsi də sosial məsuliyyət çərçivəsində keçirilən layihələrdəndir. “ASAN Məktub” layihəsinin əsas məqsədi layihənin məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətə qayğı hissini daha da artırmaqdır.
“Uşaqlara ASAN sevgi” şüarı ilə sosial məsuliyyət hislərini aşılayan bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsi ilə əhalinin sosial cəhətdən həssas qruplarına aid uşaqların arzu və xəyallarını gerçəkləşdirir. Layihə fəaliyyətə baş
Qeyd edək ki, “ASAN Könüllüləri” təşkilatı, “ASAN Məktub” layihəsi çərçivəsində
“Çərpələngin ilk uçuşu” tədbirinin keçirilməsində də yaxından iştirak edir, təşkilati dəstək göstərir.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
trend