“İpək yolu” ölkələrinin gəncləri Azərbaycanda
6.9.2016

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı, Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Beynəlxalq Gənclər Düşərgəsi" yekunlaşıb. Tarixi “İpək yolu” üzərində yerləşən ölkələrin gənclərinin bir araya gəldiyi düşərgə iştirakçıları Gənclər və İdman nazirliyində olublar. Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə görüşən iştirakçılar Azərbaycanın gənclər siyasəti, eyni zamanda idman sahəsi barədə məlumatlanıldırılıb. Həmçinin işğal altında olan Qarabağ və Ermənistanın təcəvüzkar siyasəti barədə də gənclərə geniş məlumatlar verilib.

Beynəlxalq düşərgənin yekununda müxtəlif ölkələrdən olan gənclər Azərbaycanla bağlı müsbət fikirlərini ifadə ediblər. Bildirilib ki, öz ölkələrinə qayıtdıqları zaman burada gördükləri və öyrəndikləri barədə təmsil etdikləri təşkilatları, öz ölkələrinin gənclərini məlumatlandıracaqlar.

Qeyd edək ki, yerli və xarici gənclərdən ibarət düşərgənin keçirilməsində əsas məqsəd bu gün dünyada baş verən münaqişələrin, ölkələr, mədəniyyətlər arasındakı ziddiyətlərin fonunda multikultural ənənələrin müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun formalaşmasına yardımçı olmaq olub.

trend