73-cü Venesiya kinofestivalına start verilib.
20 ekran əsərinin mübarizəyə qoşulduğu festival bu il Demiyena Şazellanın “La la lənd” filmi ilə açılıb. Festival çərçivəsində məşhur rejissor Mel Gipsonun yeni filminin təqdimatı da nəzərdə tutulub. Həmçinin, festivalda rejissoru Emir Kusturicanın “Samanyolunda gəzinti” filmi də böyük maraq doğurub. O, filmdə həm də aktyor kimi çıxış edir və məşhur aktrisa Monika Beluçi ilə tərəf müqabili olub.
Qeyd edək ki, qaliblər sentyabrın 10-da müəyyənləşəcək.
İlk dəfə 1933-cü ildə keçirilən festivalın məqsədi dünya kino mədəniyyəti ilə yaxından tanış olmaqdır. Xatırladaq ki, ötən il Azərbaycan da “Nabat” filmi ilə festivalın əsas proqramına daxil olan “Horizontlar” proqramı çərçivəsində təmsil olunub.
azertag.az