Kanadada muğam gecəsi keçiriləcək
27.7.2012

Kanadanın Toronto şəhərində Azəbaycan-Kanada İncəsənət Cəmiyyətinin təşkilatçılığı ilə muğam gecəsi keçiriləcək.

Bu barədə qurumun rəhbəri, Kanadada yaşayan soydaşımız Yusif Savalan məlumat verib.

O bildirib ki, muğam gecəsi iyulun 27-də, yerli vaxtla saat 19:30-da başlayacaq: “Məqsədimiz Kanadada Azərbaycan milli musiqisini, muğamını tanıtmaqdır. Mədəniyyət də ölkəni təbliğ edən əsas dəyərlərdən biridir. Odur ki, cəmiyyət olaraq burada Azərbaycan mədəniyyətini təbliğ edən “Haray, haray mən türkəm!” şüarı ilə silsilə konsertlər təşkil edirik. Budəfəki proqramda Azərbaycandan Nuriyyə Hüseynova və onu müşayət edən sənətçilər iştirak edəcək”.

APA