Kanadalı rejissor kameranı gözünə yerləşdirib
26.9.2011

Kanadalı rejissor Rob Spens çox sevdiyi elmi fantastika filmlərindən ilham alaraq, sağ gözünə xüsusi kamera yerləşdirib. Uşaqlıqda silahla ehtiyatsız davranması üzündən zədə almış və tədricən sıradan çıxmış gözün yerinə implantasiya edilən göz-kamerayla indi sənədli filmlər çəkilir.
Xüsusi kameranın hazırlanmasında isə Rob Spensə mühəndis dostu yardımçı olub. Rejissor artıq bu bionik kameranın təkmilləşdirilmiş üçüncü versiyasını taxır. Rejissorun sözlərinə görə, gözündə kameranın olması ona kinematoqrafiyanın yeni tərəflərini açmağa kömək edib.
Mürəkkəb naqilsiz texnologiyaların köməyi ilə kameranın obyektivinə düşən təsvirlər birbaşa rejissorun evdəki kompüterinin ekranına ötürülür. Rob Spensin dediyinə görə, indi insanlar daha çox onun gözlərinin içinə baxmağa başlayıblar.