Ən ziyanlı ayaqqabı hansıdır?
27.7.2012

Dünyanın bütün ortopedləri belə qərar veriblər ki, qadın ayaqları üçün çəkələklər dikdaban ayaqqabılardan daha təhlükəlidirlər. Vyetnamka adlanan ayaqqabılar dabanları və ayaqları qorumur.

Vyetnamka geyinən adamlar reflektiv olaraq ayaqqabını ayağında saxlamaq üçün barmaqlarını sıxır. Bu isə əzələlərin sıxılmasına, gərginləşməsinə, damarlarda spazmaların, ayaq, bel sinir sistemində pozulmanın yaranmasına gətirib çıxarır.

Bundan başqa belə ayaqqabılardan çox istifadə edən adamlarda ayaqaltı fassiya yaranır. Belə insanlarda dırnaq qırılmaları, infeksiya xəstəlikləri kimi bir çox narahatlıqlar yaranır.

big.az