"Microsoft" korporasiyasının mütəxəssisləri süni intellektlə təchiz ediləcək "ağıllı" soyuducu hazırlayacaqlar.
ABŞ korporasiyası və "Liebherr" şirkəti yeni nəsil məişət texnikası üzərində birgə çalışırlar.
Soyuducu dondurucuların daxilində quraşdırılan modul sayəsində internetə qoşulmaq imkanına malikdir. "Microsoft" qutuların növlərini və onların tərkibini müəyyənləşdirmək, meyvələrin və tərəvəzlərin xüsusiyyətlərini fərqləndirmək üçün kompüter görmə imkanlarından istifadə edir. Soyuducu topladığı bütün informasiyanı təhlil etdikdən sonra məhsulların maksimum uzunmüddətli saxlanılmasını təmin edəcək optimal temperatur rejimlərini seçməyə başlayacaq.
"SmartDeviceBox" soyuducusu daxildə olan məhsulları izləmək üçün kameralardan və obyektlərin tanınması texnologiyalarından istifadə edir. Bunun nəticəsində "ağıllı" məişət texnikasının sahibi evdən kənarda olanda da soyuducunun içində olanlarla tanış ola biləcək. Bu işdə isə ona şəxsi smartfonu yardımçı olacaq.
"Microsoft" ekspertlərinin sözlərinə görə, süni intellektlə təchiz edilən məişət texnikası ərzaq məhsullarının saxlanılmasının idarə olunmasında, prinsipcə, yeni imkanlar açmağa imkan verəcək.
İlkin qiyməti hələlik məlum olmayan "ağıllı" soyuducunun rəsmən ictimaiyyətə nə vaxt təqdim ediləcəyi barədə məlumat verilmir.
saglamolun.az