Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Təmiz ekologiya – sağlam gələcək!” layihəsinin icrasına start verilib.
Layihənin rəhbəri Yusif Musayev bununla bağlı açıqlamasında bildirib ki, məqsəd ekoloji problemlərin həlli istiqamətində aparılan işlərə daha çox iştirakçıların cəlb edilməsi, Quba rayonunda yeniyetmə və gənclərin ətraf mühitin mühafizəsi sahəsində maarifləndirilməsi, məktəbliləri ətraf mühitin çirklənməsinə səbəb olan elementlər və mənbələr barədə məlumatlandırılmasıdır.
Layihə 3 ay müddətində Quba rayonunda həyata keçiriləcək.
azertag.az