Kıvanc Tatlıtuğ “Mahmud və Məryəm” filmində çəkilə bilər
27.7.2012

Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” əsəri əsasında ekranlaşdırılan eyniadlı filmdə Türkiyənin tanınmış aktyoru Kıvanc Tatlıtuğ çəkilə bilər. Aktyora bu ekran işində çoban rolunu canlandırmaq təklif olunub. Hələlik Tatlıtuğ bu təklif ətrafında düşünür və yaxın günlərdə öz qərarını verəcək.

Filmdə Dilbər roluna təsdiqlənən Açelya Özcan isə pasportu vaxtında hazır olmadığına görə “Mahmud və Məryəm”də oynaya bilməyəcək. Bu rola Türkiyənin başqa bir aktrisası Asena Tuğal təsdiqlənib.

APA