İndoneziya parlamentinin vitse-spikeri Azərbaycana gəlir
6.9.2016

İndoneziya parlamentinin vitse-spikeri Osman Sapna Odanq sentyabrın 8-də Azərbaycana səfər edəcək.

Bu barədə İndoneziyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Səfər zamanı vitse-spiker Azərbaycan rəsmiləri ilə, həmçinin Milli Məclisdə görüşlər keçirəcək.

Tərəflər iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.

Səfər sentyabrın 9-da başa çatacaq.

trend.az