Beynəlxalq müsabiqədə "Azərbaycan Günü” keçirildi
7.9.2016

Azərbaycanı Gürcüstanda keçirilən “Miss and Mister Planet” 2016 müsabiqəsində təmsil edən iştirakçılar artıq musabiqədə kampdadırlar.

3-11 sentyabrda Gürcüstanın Batumi şəhərində, bəylər və xanımlar arasında keçirilən dünyanın nüfuzlu gözəllik müsabiqələrinden olan , «Miss & Mister Planet» 2016-da ölkəmizi Yusif Cəfərli və Anna Qranovskaya təmsil edir.

Yusif Cəfərli - Ali təhsillidir. Hal-hazırda Rusiyada Hüquq üzrə magistratura təhsili alır. Yaşı 23, boyu 185 sm-dır

Anna Qranovskaya - Ali təhsillidir. Azərbaycan vətəndaşıdır. Əvvəllər Moskvada model fəaliyyəti ilə məşğul olub. Yaşı 27 , boyu 174 sm-dır.

Artıq müsabiqə iştirakçılarımız Gürcüstanın Batumi şəhərində Intourist Palace Batumi Hotelinde kampdadırlar. «Miss & Mister Planet»ə qatılan modellərimiz hal-hazırda beynəlxalq konkursa ciddi şəkildə hazırlaşır. Müsabiqənin prezidenti Ekaterine Mgaloblishvili də təmsilçilərimizi yüksək qiymətləndirib.

Müsabiqənin ilk günü Azərbaycan komandasının idarə heyəti tərəfindən “Azərbaycan Günü” keçirilib. "Welcome Azerbaijan" Partisində iştirakçılara Azərbaycan şərabları, Azərbaycan milli meyvə suları və millliyi göstərən hədiyyələr təqdim olunub.

Müsabiqəninin ikinci günü “National Costume Day” keçirilib. Təmsilçilərimiz uğurla çıxış edərək beynəlxalq juri heyətinin müsbət rəyini alıblar.

Qeyd edək ki, tanınmış təşkilatçı Aqil Məmiyev müsabiqənin beynəlxalq juriləri arasında yer alıb, Milli Geyim günündə juri kürsüsündə yer alıb. Müsabiqənin 3-cü günü şəhər gəzintisi və Batumi Delphionariumda ekskursiya təşkil olunub.

trend.az