Bakıda Yevgeni Leonovun 90 yaşı qeyd olunub
7.9.2016

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) "Hamı üçün kino" layihəsi çərçivəsində "Uğur ziqzaqı" ("Зигзаг удачи", 1970-ci il, "Mosfilm") bədii filmi nümayiş olunub.

RİMM mətbuat xidmətinə istinadən xəbər verilir ki, nümayiş SSRİ xalq artisti Yevgeni Keonovun anadan olmasının 90 illik yubileyinə həsr olunub.

Nümayişdən əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Könül Şahmarqızı istedadlı artistin pərəstişkarlarına onun yaradıcılıq bioqrafiyası haqqında danışıb.

report.az