Xəbər verdiyimiz kimi, ötən ilin ən uğurlu kinokomediya janrında çəkilmiş filmlərindən olan “Oğlan evi” filminin II hissəsinin çəkilişləri davam edir.
Filmin dekabrda ekranlara çıxacağı planlaşdırılır. Filmə yeni rol ifaçısı kimi “Bozbash Pictures” serialından tanıdığımız aktyor Nicat Rəhimov və videobloger Hüseyn Əzizoğlu qatılacaq. Bundan başqa, aktyorlar Elşən Hacıbabayev və Qurban Məsimov da filmdə rol alıblar. Bu dəfə də ekran əsərində maraqlı və əyləncəli hadisələr əksini tapacaq.
Filmin quruluşçu rejissoru İlham Qasımov, operatoru Nadir Mehdiyevdir.
Qeyd edək ki, filmin əsas hadisələri birinci hissəsində ən çox yadda qalan Baba obrazının ətrafında cərəyan edəcək.
azertag.az