Yaponiyanın ən fəal vulkanlarından biri hesab edilən Sakuradzima vulkanı kül püskürüb. Vulkanın havaya kül və lava püskürməsi anını əks etdirən kadrlar Yaponiyanın Torpaq, Nəqliyyat, İnfastruktur və Turizm Nazirliyi tərəfindən təqdim edilib.
Sakuradzimanın tarix boyu 600-cü püskürməsi nəticəsində vulkan yaxınlığındakı Kaqosima şəhərinə kül qatı çöküb. Kül buludu yollarda hərəkəti iflic edib, bəzi yolların bağlanmasına və qatarların gecikməsinə səbəb olub. Sakinlər tənzif maskalar taxaraq, küçələrin təmizlənməsinə başlayıblar.
Vulkanın bu dəfəki püskürməsi təhlükəliliyinə görə 5-ballıq şkala üzrə 3 balla qiymətləndirilib.
Video
ANS Press