Türkiyənin Muğla Böyükşəhər bələdiyyəsinin təşkilatçılığı ilə Muğla şəhərində Beynəlxalq Zurna Festivalı keçirilir.
Anadolu xəbər agentliyinin məlumatına görə, festivalda Türkiyə, Azərbaycan, İngiltərə, Fransa, Yunanıstan, Bolqarıstandan və digər ölkələrdən 17-dək sənətkar iştirak edir.
Muğladakı teatrların birində baş tutan festival üç gün davam edəcək. Festivalın keçirilməsinin əsas məqsədi zurna ifaçılıq mədəniyyətinin təbliği və gənc ifaçı nəslə bu sənəti daha da sevdirməkdən ibarətdir.
Festivalda Azərbaycanı Əməkdar Artist Şirzad Fətəliyev təmsil edir.
Bu festival artıq üçüncü dəfədir ki, Muğlada reallaşdırılır.
azertag.az