Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyi ilə icra olunan “Mən tələbəyəm” layihəsinin icrasına yekun vurulub.
Şuradan bildiriblər ki, layihənin bağlanış mərasimində qaliblərin adları açıqlanıb.
Layihə rəhbəri Qəndab Hüseynova bildirib ki, ümumilikdə 80 gəncin təqdim etdiyi hekayələr arasından ekspert tərəfindən seçilmiş 10 hekayə kitab şəklində çap edilərək oxuculara təqdim olunub.
Hekayələrdə gənclərin tələbəlik illəri ilə bağlı təəssüratları, ali təhsilin əhəmiyyəti və maraqlı xatirələri əks olunub.
Sonda qalib hekayə müəlliflərinə sertifikatlar təqdim olunub.
azertag.az