Sentyabrın 20-də Xətai Rayon Mərkəzi Kitabxanasında yazıçı, jurnalist Varis Yolçuyevlə görüş keçiriləcək.
Tədbirdə yazıçının yaradıcılığından söz açılacaq, əsərləri ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, “Dan ulduzu” ali jurnalistika mükafatına və “İlin ən yaxşı redaktoru” adına layiq görülmüş Varis Yolçuyev “Bir ovuc torpaq”, “Tənha yalquzağın nağılı”, “Əbədi məhəbbət dastanı”, “Səhər heç vaxt açılmayacaq”, “Sənə inanıram”, “Yol ayrıcında azıb qalanlar”, “Sonuncu ölən ümidlərdir”, “Yetmiş yeddinci gün” və başqa kitabların müəllifidir.
azertag.az