İsveçrənin məşhur Audemars Piguet saat brendi öz səfiri, məşhur argentinalı futbolçu Lionel Messinin şərəfinə kolleksiya buraxıb.
Şirkət Argentina yığmasının kapitanı ilə artıq iki ildir ki, əməkdaşlıq edir.
Gözlənildiyi kimi saatlar qeyri-adi alınıb.
Məhdud seriyada buraxılmış saat üç versiyada hazırlanıb: əqrəbləri ağ qızıldan olan birinci versiya paslanmayan poladdan, ikincisi çəhrayı qızıldan (əqrəblər və korpus), üçüncü versiya isə platindən hazırlanıb. Mavi siferblatın fonunda ağ qızıldan hazırlanmış əqrəblər yerləşib. Bütün modellərdə bezel tantaldandır.
Saatlar timsax dərisindən qayışla təchiz olunub. Lakin istək olduqda onu dəstdə daxil olan kauçuk qayışla əvəzləmək olar.
http://gun.az