Bu dona 238 qadın sığışır (Foto)
26.9.2011

Koreyalı dizayner və modelyer Aaamu Sonq "eyni ölçü hamıya uyğun gəlir" ideyasını çox qəribə və gözlənilməz şəkildə reallaşdırıb.
"Entertaiment"ə istinadən verilən xəbərə görə, Helsinkidə yaşayan modelyerin "REDDRESS" adlı qadın paltarının ətəklərində 238 nəfər rahat yerləşir.
Don klassik "Divina Kvadrats" yun parçasından tikilib və ətəklərindəki hər qırçının uzunluğu 10 metrdir.
"REDDRESS" Londonun şərqindəki York Sərgi zalında nümayiş etdiriləcək.