Rusiyada üzərində “Davay, do svidaniya” yazılmış köynəklər satışa çıxarılıb - Foto
27.7.2012

Rusiyada üzərində “Davay, do svidaniya” sözləri yazılmış və məşhur meyxananın müəllifinin rəsmi olan qısaqol köynəklər satışa çıxarılıb.
Ağ rəngdə olan köynəklər həm qadın, həm də kişilər üçün nəzərdə tutulub.

Köynəklərin ön hissəsində “Tı kto takoy? Davay, do svidaniya” qafiyəsi yazılıb. Qafiyənin yanında isə meyxananın müəlliflərindən olan İntiqam Rüstəmovun rəsmi əks olunub.

Rusiya mətbuatının yazdığına görə, böyük sürətlə satılan köynəklərin pərakəndə satışı ilə yanaşı, onlayn satışı da təşkil olunub. Yay üçün nəzərdə tutulan bu köynəklərin qiyməti 540 rubldır (təxminən 13 manat - red).

Gün.Az