Azərbaycan Olimpiya komandasının forması Londonda satışa çıxarılıb – Foto
27.7.2012

Azərbaycan Olimpiya yığma komandasının London Yay Olimpiya Oyunları üçün hazırlanmış forması London şəhərində satışa çıxarılıb.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi xəbərə əsasən, məşhur İtaliya firması “Ermanno Scervino” tərəfindən hazırlanan formalar Londonun Long street küçəsində yerləşən firmanın eyniadlı mağazasında satılır.

Firmanın menecerinin verdiyi məlumata görə, iki gündür satışa başlamalarına baxmayaraq, artıq bir neçə dəst satılıb.

Nəzərinizə çatdıraq ki, formanın sayı məhduddur.


Gün.Az