Lənkəran teatrı İranda keçiriləcək Beynəlxalq teatr festivalında iştirak edəcək
9.9.2016

Sentyabrın 17-dən 19-na kimi İran İslam Respublikasının Rəşt şəhərində IX ənənəvi Beynəlxalq Meydan Teatr Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, sənət yarışmasında Azərbaycanı Lənkəran Dövlət Dram Teatrı təmsil edəcək.

Kollektiv festivala Üzeyir Hacıbəyovun felyeton və pamfletləri əsasında hazırlanmış tamaşa ilə qatılacaq.

Əsas rollarda teatrın aparıcı səhnə ustaları əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, artistlərdən Miraslan Ağayev, Niftulla Əsgərov və digərləri çıxış edəcəklər.

report.az