“Expressbank”ın “2016 Yay Olimpiya Oyunlarının ən yaxşı anlarından həzz al” şüarı altında Visa kartları ilə keçirdiyi stimullaşdırıcı lotereyasının qalibləri müəyyən olundu.
Bankdan bildirilib ki, bankın bir müştərisi əsas hədiyyə olan Panasonic Smart TV televizoru, digər müştərisi isə Samsung Galaxy smartfonunu qazanıb.
Xatırladaq ki, “Expressbank”ın təqdim etdiyi ExpressClub xidməti də, məhz bankın plastik kartları ilə ödəniş zamanı xərclənən məbləğin 20 faizədək hissəsini müştəriyə geri qaytarmaqla həm müştərilərini nağdsız alış-verişə həvəsləndirir, həm də onlara pul qazandırır.
Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron/Maestro kartlarını 6 AZN, Visa Classic/MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa/MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa/MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür.
azertag.az