Bu il Belarusdan Azərbaycana mebel idxalı 2 dəfə artıb
9.9.2016

Bu il Belarusdan Azərbaycana mebel məhsullarının idxalı 2 dəfə artıb.

Bu müddətdə Polşaya mebel məhsullarının tədarükündə 4 dəfə, Ukrayna və Rumıniyaya 3 dəfədən çox, Azərbaycana 2 dəfə, İtaliya, Sloveniya və Estoniyaya 1,7 dəfə, Almaniyaya 1,5 dəfə artım olub. Gürcüstana (13,3 faiz) və Avstriyaya (18,8 faiz) mebel satışının artması müşahidə olunub.

2020-ci ilədək Belarusda mebel istehsalının 50 faiz, ixracının 20 faiz artacağı gözlənilir.

Hazırda Belarus mebelinin ixrac coğrafiyası 20-dən çox ölkəni əhatə edir: İtaliya, Almaniya, Fransa, Çexiya, Böyük Britaniya, Belçika, Avstriya və digər ölkələr.

azertag.az