C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Üç gün və bir ömür” adlı bədii film çəkilib. Ekran əsərinin rejissoru Babək Nüsrət, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə əsas rollara Rasim Cəfər, Kamran Ağabalayev və Hikmət Rəhimov çəkilib.
Kamran Ağabalayev bildirib ki, film 17 il həbsdə olan və həbsdən çıxdıqdan sonra torpaqlarımızın düşmən torpağı altında olmasına baxmayaraq öz doğam diyarına dönməyi arzulayan bir insanın hekayəsindən bəhs edir. Çəkilişləri regionlarda və Bakıda aparılan filmin təqdimatı ilin sonunda olacaq.
Qeyd edək ki, hazırda ekran əsərində montaj işləri aparılır.
azertag.az